YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

MÜSAHİBƏLƏR

Ümummilli liderimiz Heydər Əliyevin müəyyənləşdirdiyi inkişaf strategiyası hazırda Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir

Müsahibimiz Ağcabədi rayon İH-nin başçısı, YAP Siyasi Şurasının üzvü Şahin Məmmədov

Məlum olduğu kimi, Prezident İlham Əliyev innovativ, elm tutumlu, müasir texnologiyalara əsaslanan sosial-iqtisadi siyasəti  Azərbaycanın gələcək inkişaf hədəflərindən biri kimi müəyyənləşdirib. Azərbaycanda bütün sahələrin paralel inkişafı, iqtisadiyyatın şaxələndirilməsi, qeyri-neft sektorunun dinamik inkişafının təmin edilməsi, rəqabətqabiliyyətliliyin artırılması və investisiya qoyuluşunun sürətləndirilməsi sosial-iqtisadi inkişaf siyasətinin prioritet istiqamətlərindəndir. Ən əsası isə sosial-iqtisadi inkişaf dinamikasında regionların payı ilbəil artır. Bu da, ilk növbədə, bölgələrin ənənələri, inkişaf perspektivləri, əmək resursları və digər cəhətlər nəzərə alınmaqla qəbul edilən Dövlət proqramları sayəsində mümkün olur. 

Bölgələrin ümumi inkişafı Ağcabədi rayonunda da özünü bariz şəkildə göstərir. Ağcabədi rayon İcra Hakimiyyətinin başçısı, Yeni Azərbaycan Partiyası Siyasi Şurasının üzvü Şahin Məmmədovla söhbətimiz bu haqdadır.

- Şahin müəllim, son illər Azərbaycanın bütün bölgələrində böyük inkişaf müşahidə olunur. Bu inkişafın reallaşmasında Azərbaycan Respublikası regionlarının sosial-iqtisadi inkişafına dair Dövlət proqramları nə dərəcədə rol oynayır?

- Ümumiyyətlə, regionların sosial-iqtisadi inkişafı ilə bağlı qəbul edilən Dövlət proqramları bölgələrin tarazlı inkişafını şərtləndirir. Belə ki, Dövlət proqramları çərçivəsində respublikanın bütün bölgələrində yeni yollar çəkilib və ya yenidən qurulub, çoxlu sayda körpülər, yol qovşaqları tikilib, kommunal infrastruktur daha da yaxşılaşdırılıb, rabitə və digər xidmətlərin səviyyəsi yüksəlib, çoxsaylı sənaye, kənd təsərrüfatı, xidmət, ticarət müəssisəsi fəaliyyətə başlayıb.

Qeyd edim ki, Ümummilli liderimiz Heydər Əliyevin müəyyənləşdirdiyi inkişaf strategiyası hazırda Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Ulu öndər Heydər Əliyev həyatını həsr etdiyi Azərbaycan haqqında demişdir: «Mənim həyat amalım yalnız bütün varlığım qədər sevdiyim Azərbaycan xalqına, dövlətçiliyinə, ölkəmizin iqtisadi, siyasi, mənəvi inkişafına xidmət olmuşdur». Heydər Əliyevin  ikinci  dəfə hakimiyyətə  gəlişi dövlət və cəmiyyət həyatının bütün sahələrində qeyri-adi bir canlanma yaratdı. Siyasətdə, iqtisadiyyatda, elmdə, təhsildə, mədəniyyətdə, tikinti-quruculuq işlərində intibah  dövrü başladı. Ulu öndər əsrin müqaviləsini imzalamaqla xarici investisiyaların Azərbaycana axınına şərait yaratdı. İqtisadi islahatlara start verilməsi ölkənin daxili potensialının hərəkətə gətirilməsini sürətləndirdi. Reallaşan torpaq islahatı ölkənin aqrar sektorunda irəliləyişə səbəb oldu. Azərbaycan kəndlisi ölkə iqtisadiyyatının inkişafına, ərzaq təhlükəsizliyinin təmin olunmasına sanballı töhfələr verməyə başladı.

Ümummilli lider Heydər Əliyevin başladığı xalq və dövlət üçün həyatı əhəmiyyət kəsb edən tale yüklü məsələləri Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev davam etdirir. Artıq Azərbaycan nail olduğu iqtisadi inkişaf tempinə görə regionun lider dövlətinə çevrilmişdir. Dünya birliyinə inteqrasiya edən Azərbaycan regionda söz sahibinə çevrilməklə, layiqli yerini tutmuşdur. Bu, Heydər Əliyevin başladığı yolun davamıdır. Prezident İlham Əliyev demişdir: «İnsan tarixə öz əməli ilə düşür. Heydər Əliyev tarixin böyük bir hissəsidir. Onun əməlləri, bütün təşəbbüsləri bir məqsəd daşıyırdı- Azərbaycan xalqına xidmət etmək, ölkəmizi gücləndirmək, ölkəmizdə demokratik cəmiyyət qurmaq. Bütün bu istiqamətlərdə işlər davam etdirilir. Hamımız, Azərbaycan xalqı bu siyasətə sadiqdir. Biz bu siyasəti davam etdirəcəyik. Azərbaycanda bu siyasətin alternativi yoxdur. Xalqımız da, beynəlxalq ictimaiyyət də bunu çox yaxşı bilir».

Məqsədin aydınlığı, seçilən yolun doğru-dürüst olması ölkəmizin sosial-iqtisadi inkişafının mühüm şərtidir. Yeniləşmə, abadlıq-quruculuq işləri ölkənin bütün regionlarını əhatə edir. Respublika Prezidenti İlham Əliyevin təşəbbüsü ilə ölkənin bütün bölgələrini əhatə etməklə işlənib hazırlanan regionların sosial-iqtisadi inkişafına dair Dövlət Proqramları uğurla həyata keçirilir.

- Bu inkişaf Ağcabədi rayonunda özünü necə göstərir? Regionların sosial-iqtisadi inkişafına dair Dövlət proqramları çərçivəsində rayonda hansı tədbirlər həyata keçirilib? 

- Böyük iqtisadi potensiala-münbit torpağa, əməksevər insan resuslarına malik olan Ağcabədi rayonu da dövlətin qayğısında xüsusi yer alan bölgələrdəndir. İstər 2004-2008-ci illər, istərsə də 2009-2013-cü illəri əhatə edən regionların sosial-iqtisadi inkişafına dair Dövlət Proqramlarında Ağcabədi rayonu üzrə nəzərdə tutulmuş tədbirlər uğurla həyata keçirilmişdir. Bir zaman Ulu öndər Heydər Əliyev «Ağcabədililər torpağa ürəkdən bağlı, zəhməti və əməyi sevən insanlardır» deməklə bu bölgəyə, onun əhalisinə böyük dəyər vermişdir. Ağcabədililər dövlətin qayğısından, Prezident İlham Əliyevin isti münasibətindən güc alaraq, təsərrüfat, tikinti, abadlıq, quruculuq işlərində xeyli iş, görmüşlər. Respublika Prezidenti İlham Əliyevin son on ildə Ağcabədi rayonuna dörd səfər etməsi dövlət başçısının bu bölgəyə göstərdiyi qayğının ifadəsidir.

«Azərbaycan Respublikası Regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramının 2014-2015-ci illərində rayonda aqrar sahədə nəzərdə tutulan bir sıra tədbirlər həyata icra edilmişdir. Ağcabədi rayonunun ərazisi 1756 kvadrat kilometrdir. Rayonunun Ermənistan silahlı birləşmələri tərəfindən  işğal olunmuş Dağlıq Qarabağ və ətraf rayonlar ilə 45 kilometr sərhədi vardır.

Rayonun relyefi düzənlikdir, iqlimi mülayim isti və quru suptropikdir. Çay şəbəkəsi seyrəkdir, şimal-şərq sərhədi ilə (təqribən 45 km məsafə)  Kür çayı, mərkəzi hissədən Qar-qar çayı axır. Rayon  ərazisindən Yuxarı Qarabağ və Xan qızı kanalları keçir, ərazidə  şor sulu göllər var. Kür çayı sahilində seyrəlmiş Tuqay müşələri var. Meşələrin ümumi sahəsi 7208 hektardır. Ağ göl  Milli Parkı Ağcabədi rayonu ərazisində yerləşir.

Rayonda 1 şəhər, 1 qəsəbə və 44 kənd yaşayış məntəqəsi vardır. Rayon əhalisinin sayı 132,3 min nəfərdir. Əhalinin 41,8 min nəfəri (31,6 faizi) şəhərdə, 9,4 min nəfəri (7,1 faizi) qəsəbədə, 81,1 min nəfəri (61,3 faizi) isə kəndlərdə yaşayır. Dövlətin qayğısı ilə son illər həyata keçirilən sosial infrastruktur layihələri rayon mərkəzində, qəsəbə və kəndlərdə də əhalinin həyat tərzini yaxşılaşdırmış, əhalinin məşğulluğu nəzərəçarpacaq dərəcədə yüksəlmişdir. Bütün regionlarında olduğu kimi son 10 ildə Ağcabədi rayonunda da dinamik sosial-iqtisadi inkişaf rayon iqtisadiyyatının bütün sahələrində olduğu kimi, aqrar sahədə də proporsional yüksəlişi təmin etmişdir.

Aran iqtisadi zonasına daxil olan Ağcabədi rayonu respublikanın böyük potensiala malik aqrar rayonlarındandır. Rayonda iqtisadiyyatın əsasını kənd təsərrüfatı təşkil edir. Rayonun əkinə yararlı torpaq sahəsi 65,704 hektardır. Bunun 61,780 hektarında müxtəlif kənd təsərrüfatı bitkiləri əkilir.

İstərdim ki, bitkiçilik sahəsində məhsul istehsalı ilə bağlı məlumatları diqqətinizə çatdırım. Əgər 2005-ci və 2015-ci illəri müqayisəli şəkildə təhlil etsək məhsul istehsalı baxımından fərq kifayət qədər yüksəkdir.   Məsələn, bu dövrdə dənli və dənli paxlalı bitkilərin istehsalı 1,9 dəfə, şəkər çuğunduru 35,3 dəfə, bostan bitkiləri 2,1 dəfə, tərəvəz 33,8 faiz, meyvə istehsalı isə 4,4 faiz artıb.

Heyvandarlıq sahəsinə gəlincə, süd istehsalı 1,8 dəfə, ət istehsalı 22,1 faiz, yumurta istehsalı 20,9 faiz, yun istehsalı 3,7 faiz artıb. Mal-qaranın baş  sayı isə bu dövrdə iri buynuzlu mal-qaranın sayı 7,3 faiz, xırda buynuzlu hevanoların sayı isə 3,2 faiz artıb.

Bu gün Ağcabədidə aqrar sahədə işlər davam edir. Ağcabədililər   Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin aqrar sahədə qarşıya qoyduğu vəzifələrin uğurla yerinə yetirilməsi üçün bundan sonra da səylərini daha da artıracaqlar.

- Azərbaycanda aqrar sahənin inkişaf potensialı böyükdür. Bu mənada bölgələrdə pambıqçılığın və baramaçılığın inkişafı da xüsusi diqqət mərkəzindədir. Ağcabədi rayonunda  bu sahələr üzrə istehsalın artırılması üçün hansı tədbirlər həyata keçirilir?

-   Son illər pambıqçılıq və baramaçılıq sahəsində maddi texniki bazanın zəif olması, məhsul bazarının olmaması bu sahədə çalışan sahibkarların marağının zəifləməsinə səbəb olmuşdur. Ölkə rəhbərliyinin pambıqçılığın və baramaçılğın inkiçaf etdirilməsi ilə bağlı verdiyi tapşırıqların icrası olaraq 2015-ci ildə 1428 ha sahədə pambıq əkilmiş, 2016-cı ildə isə pambıq əkini artırılaraq 3700 ha olmuşdur. 2015-ci ildə barama istehsalı olmamış 2016-cı ildə isə 3667 kq yüksək keyfiyyətli barama istehsal edilmişdir. Bu sahələrin inkişafı üçün 2017-ci ildə əsaslı zəmin yaradılması üçün tədbirlər görülür. Barama istehsalının artırılması üçün mövcud çəkil bağlarının bərpası və yeni bağların salınması işi aparılır.

- Respublikanın ərzaq təhlükəsizliyinin təmin olunmasında taxılçılığın inkişafı mühüm rol oynayır. Taxılçılıq  sahəsində Ağcabədi rayonda pilot təsərrüfatı yaradılıb. Bu təsərrüfatda məhsuldarlıq hansı səviyyədədir?

- Ölkənin ərzaq təhlükəsizliyini təmin etmək məqsədilə Respublika Prezidenti İlham Əliyevin verdiyi tapşırıq və tövsiyələr hər zaman fəaliyyətimizin əsas istiqamətlərini müəyyən edir. Ölkədə ilk pilot taxılçılıq təsərrüfatının Ağcabədi-Beyləqan rayonlarının ərazisində yaradılması bu  istiqamətdə həyata keçirilən tədbirlərin nəticəsidir. Bütövlükdə 4800 hektar ərazini əhatə edən «Qarabağ Taxıl» MMC Azərbaycan Respublikası Nazirlər Kabinetinin 11 aprel 2012-ci il tarixli sərəncamı ilə yaradılmışdır. Pilot taxılçılıq təsərrüfatına 4 ədəd su nasos stansiyası xidmət edir. Təsərrüfatın 47 ədəd süni yağış yağdıran aqreqatı, çox sayda traktorları, maşın-mexanizmləri vardır. Güclü maddi-texniki bazaya malik pilot təsərrüfatında müasir elmi-texniki yeniliklərə əsaslanan mütərəqqi texnologiyalar tətbiq olunur. Keçən il pilot təsərrüfatında əkilmiş 1160 hektar buğda sahəsinin hər hektarının  məhsuldarlığı 58,1 sentner olmuşdur.

İndi zaman yeni, tələblər fərqlidir. İnkişaf etmiş dünya ölkələrinin qabaqcıl təcrübəsinə, mütərəqqi texnologiyalara geniş meydan vermədən aqrar sektorda əsaslı irəliləyişə nail olmaq, istehsalda rentabelliyi təmin etmək qeyri-mümkündür. Kənd təsərrüfatını sənaye təməli üzərinə keçirmək müasir dövrün qarşıya qoyduğu ən mühüm vəzifədir.  Ağcabədi bu sahədə də respublika üzrə öncül mövqeyi təmin edə bilmişdir.

- Şahin müəllim, son illər bölgələrdə bütün sahələr üzrə yeni  infrastrukturlar yaradılır. Bu baxımdan, Ağcabədi rayonunda nə kimi nailiyyətlər əldə olunub?

- Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev 2011-ci il may ayının 6-da Ağcabədi rayonuna növbəti səfəri zamanı əsaslı təmirdən sonra istifadəyə verilmiş rayon Mədəniyyət evinin, Heydər Əliyev adına mədəniyyət və istirahət parkının, Ü.Hacıbəyli adına Qarabağ Muğam Mərkəzinin fəaliyyəti ilə tanış oldu. Yeni inşa olunmuş şahmat məktəbinin binasının açlışında, 205 çarpayılıq rayon Mərkəzi xəstəxanasının təməlqoyma mərasimində iştirak etdi. Dövlət başçısı rayon mərkəzində yeni süd emalı zavodunun, Ağabəyli kəndində «Atena» süd məhsulları kombinatının, həmçinin 14 min nəfər əhalinin yaşadığı 5 kəndi birləşdirən Ağcabədi-Qaradolaq-Kəbirli avtomobil yolunun 24,5 kilometrlik hissəsinin yenidənqurmadan sonra açılışında iştirak etmişdir. Həmin səfər çərçivəsində Prezident İlham Əliyevin sədrliyi ilə «Atena» süd məhsulları kombinatında Qarabağ iqtisadi zonasında kənd təsərrüfatı sahəsində sahibkarlığın inkişafı məsələsinə həsr olunmuş müşavirə keçirilmişdir. Müşavirədəki nitqində Prezident İlham Əliyev demişdir: «Bu gün Ağcabədi rayonunda yeni süd kombinatının açılışında iştirak edirik. Çox gözəl, böyük süd kompleksidir. Azərbaycanda son illər ərzində qeyri-neft sektorunda yaradılmış müəssisələrin sırasında bu kompleksin öz yeri var.

Bütövlükdə Ağcabədi rayonunda sənaye və sosial infrastrukturun yaradılması işində müsbət meyillər vardır.  Burada həm sosial obyektlər tikilir, - bu gün kənd yolunun açılışında iştirak etmişəm-həm də kənd təsərrüfatının inkişafı ilə bağlı vacib məsələlər öz həllini tapır. Bu gün yeni, müasir xəstəxana binasının təməlinin qoyulmasında iştirak etmişəm. Bir sözlə burada sosial-iqtisadi inkişaf templəri lazımı səviyyədədir… ”

Görülən işləri yüksək dəyərləndirən dövlət başçısı İlham Əliyev eyni zamanda qarşıya yeni vəzifələr qoyur, daha səmərəli, daha məhsuldar işləməyi tövsiyyə edir. Açılışını dövlət başçısının etdiyi «Atena» MMC indi öz ahəngdar fəaliyyəti ilə bir çox zəruri ərzaq məhsullarına tələbatda ölkənin idxaldan asılılığının azaldılmasına əhəmiyyətli təsir göstərir. «Atena»nın istehsal etdiyi məhsullar yüksək kefiyyəti ilə seçilir və rəqabətə davamlıdır. Bu nəhəng sənaye müəssisəsində 2015-ci ildə məhusul buraxılışının həcmi belədir: 266 tondan çox süd, 410,5 ton qatıq, xama, dovğa, 322 ton ayran, 71,2 ton kərə yağı, 68,3 ton yoqurt və s.  

- Bildiyimiz kimi, 2015-ci ili «Kənd təsərrüfatı ili» elan edilməsi ölkənin aqrar sektorunda inkişafa güclü təkan verdi. Müasir texnologiyalara əsaslanan layihələrin həyata keçirilməsi və müəssisələrin yaradılmasının əhəmiyyəti nədən ibarətdir?

- Bəli, respublika Prezidenti İlham Əliyevin 2015-ci ili «Kənd təsərrüfatı ili» elan etməsi ölkənin aqrar sektorunda inkişafa güclü təkan vermişdir.  Ölkənin ərzaq təhlükəsizliyinin təminatına hesablanan bu təşəbbüs kənd təsərrüfatında istifadə olunmayan ehtiyat mənbələrinin aşkar edilməsində, aqrar sektorda təmərküzləşmənin, iri pilot təsərrüfatlarının yaradılmasında, təcrübədə özünü doğrultmuş mütərəqqi texnalogiyaların, qabaqcıl iş üsullarının tətbiqində güclü stimula çevrildi. Dövlətin uğurla reallaşan aqrar siyasətinin nəticəsidir ki, torpaq istifadəçisi məhsul bolluğu yaratmaqda həmişə olduğundan indi daha çox maraqlıdır. Dövlət təsərrüfat işlərində çalışanlara hər il subsidiyalar verir. 2007-2015-ci illərdə rayon kənd təsərrüfatı məhsulları istehsalçılarına 24,1 milyon manatdan çox dövlət büdcəsindən yardım olunmuşdur. Respublikanın 3 rayonunda o, cümlədən Ağcabədi rayonunun Təzəkənd kəndində Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin, “Aqrolizinq” ASC-nin və Dünya Bankının maliyyə dəstəyi ilə birgə layihə əsasında Təzəkənd kəndində 25 kiçik-ailə fermer təsərrüfatına ətlik-südlük simmental cinsindən olan 178 baş heyvan lizinq qaydasında verilmişdir. Heyvanların saxlanılması üçün tövlələrinin tikintisi, yem bazasının yaradılması və əlavə texniki avadanlıqların alınması üçün Dünya Bankının güzəştli krediti hesabına istehsalçılara hər 5 baş cins heyvan üçün 18.500 manat və 10 baş cins heyvan üçün 33.500 manat məbləğində, cəmi 736.300 manat güzəştli kredit verilmişdir. Layihə üzrə südtoplama məntəqəsi tikillmişdir. Yaradılmış ailə təsərrüfatlarında 35 yeni iş yeri yaradılmışdır.

«Azərbaycan Respublikasında əhalinin ərzaq məhsulları ilə etibarlı təminatına dair Dövlət Proqramı»nda qarşıya qoyulan vəzifələrin icrasına Ağcabədidə böyük önəm verilir. İlk növbədə mövcud torpaq sahələrindən m-aksimum səmərəli istifadə olunmasına xüsusi diqqət yetirilir. «Qarabağ Taxıl» MMC pilot taxılçılıq təsərrüfatı üçün rayonun 3300 hektar torpaq sahəsinin ayrılması, rayonun inzibati ərazisində yerləşən 10378 hektar qış otlaq sahəsinin təyinatı dəyişdirilərək KRAUN-KO MMC-yə verilməsi ərzaq bolluğu yaradılması prosesində fəal iştirakın zərurətindən gerçəkləşmişdir. 2015-ci ildə «Qarabağ Taxıl» pilot təsərrüfatının hər hektardan 58,1 sentner buğda götürdüyü qeyd edilmişdir. «KRAUN-KO» MMC isə keçən il demyə şəraitində hər hektardan 30 sentner məhsuldarlığa nail olmuş, bütövlükdə 23000 ton taxıl istehsal etmişdir. Keçən il MKT istehsalat kommersiya MMC-yə icarəyə verilmiş 1260 hektar torpaq sahəsinin 560 hektarında bu il taxıl və pambıq əkilmişdir. Ağcabədi rayonunun aqrar sektorda qazandığı nailiyyətərin, bu sahədə öncül mövqedə qərarlaşmasının, əsas səbəbi dövlətin konkret qayğı və diqqəti, qaldırdığımız təşəbbüslərə, verdiyimiz təkliflərə hökümət səviyyəsində müsbət münasibət göstərilməsi, zəruri dəstək verilməsidir. Ölkədə, eləcə də rayonumuzda sahibkarlığın inkişafına qeyd-şərtsiz yaşıl işıq yandırılması, hər yerdə münbit şərait yaradılması kənd təsərrüfatının sənaye təməli üzərinə keçirilməsini təmin edən əsas şərtlərdəndir.

Ağcabədi rayonunda aqrar sahənin inkişafı üçün son 10 ildə  sahibkarlara və fiziki şəxslərə  Sahibkarlara Kömək Mili Fondu xətti ilə 64.103.200 manat , Kənd Təssərüfat Nazirliyi Yanında Kənd Təssərüfat Lahiyələri və kreditlərin idarə edilməsi üzrə Dövlət Xidmətinin vəsaiti hesabına 5.657.175 manat , Bankların və bank olmayan kredit təşkilatlarının vəsaitləri hesabına 27.229.877manat olmaqla ümumilikdə 96.990.252 manat  kredit verilmişdir.

Son illər müasir texnologiyaların tətbiqinə əsaslanan layihələr Ağcabədidə uğurla həyata keçirilir. Əsasən Sahibkarlığa Kömək Mili Fondunun güzəştli kreditəri hesabına maliyyələşən yeni istehsal və emal müəssisələri rayon iqtisadiyyatının güclənməsində mühüm rol oynayır. 5 min tonluq logistik mərkəz, 5 min tonluq taxıl anbarı, 1600 hektar ərazini əhatə edən iri fermer təsərrüfatı, illik istehsal gücü 40,8 min ton süd olan 6000 başlıq 3 heyvandarlıq kompleksi, illik istehsal gücü 110 min ton olan süd emalı müəssisəsi, gündəlik istehsal gücü 20 ton olan çörək zavodu, illik istehsal gücü 18 min ton olan ət emalı müəssisəsi məhz dövlətin güclü maliyyə dəstəyi ilə fəaliyyətə başlamışdır. Yalnız adını çəkdiyim bu müəssisələrdə 561 yeni iş yeri açılmışdır. Fəaliyyətə başladığı bir il ərzində «BMS Aqro» MMC keçi və qoyun təsərrüfatı yaxşı nəticələr əldə etmişdir. Hollandiya və Fransadan gətirilən keçi cinsləri yerli şəraitə yaxşı uyğunlaşır. Qısa müddət ərzində keçilərin sayı 670 başdan artaraq 4200 başa çatmışdır. Daxili bazarda keçi südündən hazırlanan məhsullara böyük marağın olması sahibkarların bu sahəyə diqqətini artırır. 11 hektar ərazisi olan təsərrüfat 8 kompleksdən ibarətdir. Dövlət başçısı İlham Əliyev Ağcabədiyə 2013-cü ilin 29 avqustunda gerçəkləşən səfəri zamanı «BMS Aqro» MMC-də də olmuş, təsərrüfatın imkanlarını genişləndirmək üçün dəyərli tövsiyyələrini vermişdir.

2015-ci ildə rayon sahibkarları və fermerləri tərəfindən Bakı şəhərinin Xətai rayonu ərazisində şənbə və bazar günləri keçirilən kənd təsərrüfatı məhsullarının satışı yarmarkasına 198 ton müxtəlif çeşidli kənd təsərrüfatı məhsulları göndərilmişdir.

15 mart, 30 dekabr 2015-ci il, 29 yanvar, 13 fevral 2016-cı il tarixlərində rayon Mərkəzi stadionunda kənd təsərrüfatı məhsullarının satışı yarmarkası keçirilmişdir. Yarmarkada kənd təsərrüfatı məhsulları 25-30 faiz və “Atena” Süd Məhsulları Fabriki tərəfindən satışa çıxarılmış məhsullar isə 50 faiz bazar qiymətlərindən aşağı qiymətlərlə satılmışdır.

Rayon Suvarma Sistemləri idarəsi kənd təsərrüfatı məhsulları istehsalçıları tərəfindən əkilmiş 63291 hektar əkin sahələrinə suvarma suyu xidməti göstərir. Əkin sahələrinin 3000 hektarı üzən nasosla, 5000 hektarı 4 ədəd su anbarı ilə, 15000 hektarı nasoslarla, 23291 hektarı öz axını ilə, 27000 hektarı  subartezian quyuları vasitəsilə suvarılır.

Son 10 ildə  rayon ərazisində 19 nasos stansiya tikilmiş, 21 yerdə müxtəlif güc aqreqatlarından ibarət nasos stansiyası yenidən bərpa olunaraq torpaq mülkiyyətçilərinin istifadəsinə verilmişdir.

Salmanbəyli kəndində 1000 hektar pay torpaqlarının suvarılması üçün Qarabağ kanalı üzərində qurulmuş nasos stansiyasında 6,2 km uzunluğunda 7200 mm diametrində boru kəməri  quraşdırılaraq istifadəyə verilmişdir.

Nəcəfqulubəyli kəndinin pay torpaqlarında kompleks meliorasiya işləri aparılaraq 1000 hektardan artıq əkin sahəsini suvarma suyu ilə təmin etmək üçün  Qar-qar çayı üzərində nasos stansiya qurulmuşdur.    

2015-ci ildə 20 ədəd, son 10 ildə isə 248 ədəd subartezian quyusu qazılaraq istismara verilmişdir.

“Aqrolizinq” ASC-nin Ağcabədi Regional Aqroservis filialı  69 ədəd traktor, 42 ədəd kombayn və 167 ədəd digər kənd təsərrüfatı maşınları ilə kənd təsərrüfatı məhsulları istehsalçılarına xidmət göstərir. 2015-ci ildə “Aqroservis” filialı tərəfindən 3000 hektarda əkin, 2000 hektarda mala,1200 hektarda səpin, 4000 hektarda taxıl biçini aparılmış, kənd təsərrüfatı məhsulları istehsalçılarına güzəştli şərtlərlə 1700 ton azot kübrəsi satılmışdır.   

- Şahin müəllim, bəs rayon əhalisinin ictimai-siyasi fəallığı barədə nə deyə bilərsiniz? Yeni Azərbaycan Partiyası Ağcabədi rayon təşkilatının fəaliyyəti haqqında da fikirlərinizi bilmək maraqlı olardı...

- Ağcabədi rayonunun əhalisi hər zaman dövlətçiliyə sadiq olmuşdur və ümummilli məsələlərdə prinsipial mövqeyini ortaya qoymuşdur. Rayon əhalisi Prezident İlham Əliyevin həyata keçirdiyi siyasəti birmənalı olaraq dəstəkləyir.

YAP Ağcabədi rayon təşkilatı da rayonun ictimai-siyasi həyatında mühüm rol oynamaqla yanaşı aqrar sahənin inkişafında fəal iştirak edir.  YAP Ağcabədi rayon təşkilatının təşəbbüsü ilə 9016 ədəd, “İDEA” İctimai Birliyinin təşəbbüsü ilə 2015-ci ilin oktyabr-noyabr aylarında “Ümumrespublika Yaşıllaşdırma” marafonu çərçivəsində həyata keçirilmiş ağacəkmə kompaniyasında 25.060 ədəd olmaqla, ümumilikdə 56.450 ədəd həmişəyaşıl və müxtəlif növ ağac əkilmişdir. Son 10 ildə rayon ərazisində 710.950 ədəd həmişəyaşıl və müxtəlif növ ağaclar əkilmişdir.

2015-ci ildə YAP sıralarına 908 nəfər qəbul olunmuşdur ki, onlardan    456 (50,2 %) nəfəri qadınlar, 532 (58,6%) nəfəri gənclərdir. Hazırda YAP Ağcabədi rayon təşkilatının 98 ərazi ilk təşkilatında 12085 nəfər  üzvü vardır ki, onların  4752   (39,3%) nəfəri gənc, 5535 (45,8 %) nəfəri qadınlardır.