YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

MÜSAHİBƏLƏR

Sözlə əməlin vəhdəti

Müsahibimiz YAP Veteranlar Şurasının üzvü, Azərbaycan Respublikası Auditorlar Palatasının sədri, professor Vahid Novruzov

- Vahid müəllim, ölkə Prezidenti İlham Əliyevin həyata keçirdiyi siyasətin ən böyük uğurları sırasında dayanıqlı inkişafa nail olunması xüsusi yer tutur. Bu barədə sizin fikirləriniz.

-Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin müdrik və uzaqgörən inkişaf strategiyası nəticəsində son 19 ildə dayanıqlı və davamlı iqtisadi inkişafa nail olan, dünyadakı nüfuzu durmadan artan, regionun siyasi, iqtisadi və mədəni mərkəzinə çevrilən ölkəmiz bu gün müəyyən edilmiş hədəflərə doğru inamla irəliləyir, ötən hər il bütün sahələrdə əldə olunan böyük uğurlarla tarixə düşür. Bu mənada 2018-ci ildən ötən dövr ərzindəki uğurlarımız və onun zirvəsi kimi dəyərləndirilməyə layiq Şanlı Qələbəmiz və işğal altında olan torpaqlarımızın azad edilməsi ilə Ali Baş Komandanımız tərəfindən Azərbaycan tarixində yeni eranın başlanğıcı qoyulmuşdur.

Azərbaycanın milli maraqlarının müdafiəsini, ölkəmizin sosial iqtisadi inkişafında davamlığı və dayanıqlığı özündə ehtiva edən Prezident İlham Əliyevin çoxşaxəli daxili strategiyası öz milliliyi, müasirliyi, cəsarətliyi və xoşməramlığı  ilə bərabər demokratikliyi və aşkarlığı ilə də dünya siyasətçilərinin və dövlət rəhbərlərinin diqqətini özünə cəlb etməkdədir.     

Prezident İlham Əliyev müasir Azərbaycanın iqtisadi inkişaf modelini yaratmış və  bu model  Azərbaycanın iqtisadi tərəqqisinə, dünya birliyində mövqeyinin köklü surətdə möhkəmlənməsinə, inkişaf etmiş güclü dövlətlər sırasında yer almasına zəmin yaratmışdır. Prezident tərəfindən yürüdülən uğurlu, qətiyyətli siyasət, həyata keçirilən dövlət proqramları və makroiqtisadi layihələr Azərbaycan iqtisadiyyatının daha da yüksələcəyinə rəvac verməkdədir.        

Ölkənin iqtisadi inkişafının davamlı olmasını özünün  iqtisadi siyasətinin  təməl prinsipi kimi dəyərləndirən  Prezident İlham Əliyev güclü iqtisadiyyatın önəmini belə vurğulamışdır: «Əgər iqtisadi gücümüz olmasaydı, bu Qələbəni əldə etmək mümkün olmazdı. İlk növbədə, iqtisadi müstəqillik təmin edilməli idi və təmin edildi. Bu gün Azərbaycan iqtisadi cəhətdən heç kimdən asılı deyil, heç bir ölkədən asılı deyil, heç bir beynəlxalq maliyyə qurumundan asılı deyil. Müstəqillik və bu, bizə imkan verdi ki, ölkəmizi inkişaf etdirək, eyni zamanda, Ordumuzu gücləndirək».        

Xüsusi vurğulamaq lazımdır ki, həm iqtisadi, həm də sosial istiqamətləri nəzərə alan Prezident strategiyası bu istiqamətlərin hər biri üzrə sinxron və əlaqələndirilmiş proqram həyata keçirməyi nəzərdə tutur.  Prezidentin müdrik siyasəti sayəsində neft və qaz gəlirlərindən asılılıq nəticəsində yarana biləcək qeyri-sabitlik təhdidinin qarşısının alınması məqsədilə aparılan siyasət  iqtisadiyyatın  çoxşaxəliliyinin təşviqinə yönəldilmişdir. Məhz  bunların nəticəsində sahibkarlıq fəaliyyətində mühüm inkişaf və iqtisadiyyatın diversifikasiyasının dərinləşdirilməsi istiqamətində yeni-yeni nailiyyətlər əldə edilməkdədir.                   

-Milli maraqlarımızın qorunması sahəsindəki uğurlarımızdan nə deyə bilərsiniz?

-Prezidentimizin müdrik siyasət ölkəmizin iqtisadi təhlükəsizliyi və milli maraqlarımızın qorunması sahəsində də öz həyatiliyini sübut etmişdir.  Bütün bunlar ona dəlalət edir ki, beynəlxalq təşkilatlarla əməkdaşlıqda yalnız Azərbaycan xalqının  mənafeyini  yüksək tutan Prezident İlham Əliyevin siyasəti        milli iqtisadi  müstəqilliklə  dünyəvi proses olan qloballaşma  arasında  optimal uzlaşmanın əldə olunması məhz Azərbaycanın iqtisadi inkişaf  modelinin uğurlarından biri kimi mühüm əhəmiyyət kəsb edir.                      Prezident İlham Əliyevin qloballaşma şəraitində böyük uğurlara  gətirmiş və ölkəmizə iqtisadi, siyasi  və sosial  dividendlər qazandırmış daxili və xarici  siyasətinin yüksək dəyəri həm də qloballaşdırma prosesinə xas olan  iki bir-birinə əks universallıq və unikallıq kimi xüsusiyyətlərin uzlaşdırılmasına nail olmasıdır. Məhz unikallığı və universallığı eyni dərəcədə  vacib sayaraq cənab  İlham Əliyev onların hər birinin  prinsipcə mümkün hesab edilə bilən mənfi nəticələrinin yaranmasına qarşı siyasət aparmaqla bütün sahələrdə  Azərbaycanın müstəqil mövqeyinin tanınmasına nail olmaqla, öz dövlət  quruculuğu  siyasətində ya mütləq universallıq və ya mütləq unikallıq əvəzinə optimal universallıq  və optimal  unikallıq  yolu Azərbaycanı dünyada  sakitlik və stabillik adasına çevirməklə yanaşı, geosiyasi inteqrasiya və multikulturalizm mərkəzinə, dünyəvi  tədbir  və  görüşlərin keçirildiyi təhlükəsiz məkanına  çevirmişdir.              Prezident İlham Əliyevin uğurlu siyasətinin nəticəsidir ki, ölkəmizdə inkişaf etmiş ölkələrlə  bərabərhüquqlu və  qarşılıqlı əlverişli  əməkdaşlığa dair bir çox layihələr baş tutmuşdur və bu sahədə yeni-yeni addımlar atılmaqdadır.                                              

Müasir şəraiti də Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin fəaliyyətinin qayəsini daha  çox sosial ədalətə nail olmaqla yanaşı ölkəmizə qarşı siyasi və iqtisadi təzyiqə  yol verilməməsi, ikili standartların  fəsadlarının azaldılmasına dair  ardıcıl, cəsarətli və həm də dərin düşünülmüş  mübarizə  təşkil edir.

Cənab İlham Əliyevin Prezidentliyi dövründə də demokratiya  pərdəsi altında Azərbaycana təzyiq və təsir cəhdləri zaman-zaman özünü qabarıq göstərmişdir. Prezident belə cəhdləri zərərsizləşdirməklə yanaşı,  Avropa dəyərlərinin olduğu kimi respublikamızda tətbiqini düzgün  saymır: “Kortəbii şəkildə Avropada nə  var, gəlin, onu Azərbaycanda tətbiq edək, buna getmək olmaz. Orada bəzi şeylər var ki, onların bizə heç bir xeyri olmayacaq. Amma müsbət nə  varsa, onu  gətirməli, tətbiq etməliyik”.

- Vahid müəllim, şəffaflıq və rəqabətqabiliyyətlik sahəsindəki uğurlarımız barədə də fikirlərinizi bilmək istərdik.

-Bu gün Azərbaycan ictimai-siyasi cəhətdən sabit, iqtisadi gücü sürətlə artan və irimiqyaslı layihələr icra edən ölkədir. Bu sahədə daha böyük uğurlara imza atmaq üçün şəffaflığın və rəqabətqabiliyyətliyin gücləndirilməsinin böyük əhəmiyyəti vardır.

Yeni Azərbaycan Partiyasının VII qurultayında Prezident İlham Əliyevin söylədiyi bu “Yeni dövr şəffaflıq dövrüdür, dürüstlük dövrüdür, inhisara son qoymaq dövrüdür” məzmunda fikirləri artıq özünü reallıqda doğrultmaqdadır.

Çox səciyyəvidir ki, şəffaflıq və korrupsiyaya qarşı mübarizə Prezident İlham Əliyevin dövlət quruculuğu siyasətində daim diqqət mərkəzində saxlanılan məsələlərdən biri olmuş, bu istiqamətdə bir sıra mühüm normativ hüquqi aktlar qəbul edilmişdir.                

Biz artıq Böyük Qayıdış mərhələsinə qədəm qoymuşuq.

Ən vacib problemlərdən biri də budur ki, bu yeni şərait, zaman və məkan dönəmində  öz istiqamətimizi düzgün müəyyənləşdirərək və ölkəmizin, o cümlədən  işğaldan azad olunmuş  ərazilərimizin bərpa edilib  çiçəklənməsinə ən optimal  yol və vasitələrlə nail olaq. Bütün bu göstərilənlər Prezident İlham Əliyevin son dövrlərdə imzaladığı qanun, fərman və sərəncamlarda öz vacibliyini və həlli istiqamətlərini tapmışdır ki, bunların da sırasında şəffaflığın artırılması və korrupsiyaya qarşı mübarizə prioritet təşkil edir.     

Ölkəmizdə şəffaflığın artırılması investisiya cəlbediciliyinin yüksəldilməsində mühüm rol oynamaqla iqtisadiyyatımızın şaxələndirilməsi, davamlılığının möhkəmləndirilməsi və rəqabətin artırılması nöqteyi-nəzərindən böyük əhəmiyyət kəsb edir ki, bu da Böyük Qayıdış dönəmində çox vacibdir.

Qeyd etmək lazımdır ki, bu məqsədlə ölkəmizdə həyata keçirilən tədbirlər getdikcə daha böyük vüsət almaqdadır.

Bu mənada Azərbaycan Respublikasının Prezidenti cənab İ.Əliyevin 2020-ci il 27 fevral tarixli sərəncamı ilə təsdiq edilmiş “Açıq hökumətin təşviqinə dair 2020-2022-ci illər üçün Milli Fəaliyyət Planı”nda icrası nəzərdə tutulmuş problemlər mühüm əhəmiyyət kəsb edir və yeni dövrün çağırışları baxımından öz aktuallıqları ilə xarakterizə olunur.

Bununla belə, qeyd etmək lazımdır ki, şəffaflıq və nəzrət sahəsində ölkəmizdə bir sıra aktual problemlər öz konseptual həllini gözləyir. Bu baxımdan Azərbaycan Respublikası Prezidentinin “Korrupsiyaya qarşı mübarizənin gücləndirilməsinə dair 2022─2026-cı illər üçün Milli Fəaliyyət Planı” üzrə Tədbirlər Planı xüsusi aktuallıq kəsb edir.

Sənədin diqqətçəkən əsas məqamlarından biri kimi onu qeyd etmək lazımdır ki, tamamilə haqlı olaraq şəffaflığın artırılması problemi dövlət orqanlarının fəaliyyətində olduğu kimi, özəl sektorda da təmin edilməsi məsələsi qarşıya məqsəd qoyulmuşdur. Eyni zamanda şəffaflığın yüksəldilməsi ilə yanaşı məsliyyətin artırılmasının vacibliyi ilə üzvi surətdə əlaqəli olduğu göstərilmişdir.

Nəzərdə tutulacaq tədbirlərin içərisində etik davranış qaydalarının geniş tətbiqi və bununla bağlı olaraq, təlim və treninqlərin genişləndirilməsi, vətəndaş institutlarının gücləndirilməsi, ictimai nəzarətin təkmilləşdirilməsi kimi mühüm əhəmiyyət kəsb edir.

Son olaraq, Dünya İqtisadi Forumunun Prezidenti cənab Borge Brendenin Prezident İlham Əliyevə ünvanladığı çox ürək açan sözləri xatırlatmaq istərdim: «Biz,  həmçinin  bilirik ki, Siz qarşıya hədəf qoyanda onu həyata  keçirirsiniz. Düşünürəm ki,  Azərbaycan dördüncü sənaye  inqilabına ən yaxşı hazır olan ölkələrdən biri olacaq».          

Fikrimizcə bu sözlərin düzgünlüyünü sübut etməyə ehtiyac yoxdur.